Tokio-2020: Azərbaycan qılıncoynadanı 1/8 finalda dayandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında qılıncoynatma yarışlarına start verilib. Arena.az xəbər verir ki, Azərbaycanı Olimpiadada təmsil edən Anna Başta da mübarizəyə qoşulub.

Azərbaycanın qılıncoynadanı 1/16 final mərhələsində ABŞ təmsilçisi En-Elizabet Stounla üz-üzə gəlib. Rəqibinə 15:9 hesabı ilə qalib gələn Başta 1/8 finala yüksəlib. O, bu raundda rusiyalı Olqa Nikitina ilə qarşılaşıb. Rəqibinə 13:15 hesabı ilə uduzan Başta yarışla vidalaşıb.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: