Tokio-2020: Boksçularımızdan biri qalib gəldi, ikisi uduzdu

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib. Arena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın üç idmançısı mübarizəyə qoşulub.

57 kq-da mübarizə aparan Tayfur Əliyev 1/16 finalda Nquyen Van Duonq (Vyetnam) ilə qarşılaşıb. Asiyalı idmançıya 2:3 hesabıyla uduzan boksçumuz mübarizəni erkən dayandırıb.

69 kq-da çıxış edən Lorenzo Sotomayor da Olimpiadayla erkən vidalaşıb. O, 1/16 finalda Əsgərxan Madiyev (Gürcüstan) ilə görüşdən məğlub ayrılıb.

+91 kq-da mübarizə aparan Məhəmməd Abdullayev isə ilk görüşünü qələbə ilə başa vurmağı bacarıb. 1/16 finalda Bəhreyn boksçusu Denis Latıpovla qarşılaşan idmançımız 3:1 hesablı qələbəyə sevinib.

Bu gün start götürmüş Tokio-2020 avqustun 8-nə qədər davam edəcək.