“Bayern”in baş məşqçisi Tomas Tuxel komandasının Bundesliqanın lideri Leverkuzen “Bayer”nə qarşı keçirəcəyi oyun haqda danışıb.
Arena.az bu barədə “Sky Sport Germany” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, “əczaçılar” hazırda Bundesliqada məğlubiyyətsizlik silsiləsini sürdürürlər.
“Biz zirvədə olmalıyıq – başqa yol yoxdur. İlk məğlubiyyətini “Bayer”ə yaşatmaq və yarış cədvəlində onları qabaqlamaq üçün çox çalışmışıq. Bu, ən arzuedilən ssenaridir.
“Bayer” əla çempionat keçirir, amma onlar geriyə baxmalıdırlar. Biz onlardan cəmi iki xal geridəyik”, deyə Tomas Tuxel Bundesliqanın turnir cədvəlinə nəzər salıb.
Hazırda “Bayer” 20 oyundan 52 xalla Bundesliqaya başçılıq edir. “Bayern” isə 50 xalla 2-ci pillədə yer alıb və “əczaçılar”ı daban-daban təqib edir.
Fevralın 10-da Bundesliqanın mərkəzi oyunu çərçivəsində lider “Bayer” təqibçisi “Bayern”i qonaq edəcək. Oyuna Bakı vaxtı ilə 21:30-da start veriləcək.


