Tomas Tuxel: “Bayern”də vəziyyət yaxşılaşır”

“Bayern”in baş məşqçisi Tomas Tuxel Bundesliqanın 26-cı turunda “Darmştadt”a qarşı səfər qələbəsini (5:2) şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz əlbəttə ki, layiqli səfər qələbəsinə sevinirik. Oyun boyu çoxlu qol imkanları yaratdıq və düşünürəm ki, çoxlu qollara layiq idik. Həm buraxdığımız ilk qolla, həm də “Darmştadt”ın yaratdığı imknlarla bağlı bəzi çətinliklərimiz oldu. Biz kifayət qədər yğcam olmadıq və çoxlu ikinci toplar itirdik.

Düşünürəm ki, bəzən meydanda çox rahat olurduq. Ümumilikdə yaxşı həftə keçirdik. Komandada vəziyyət yaxşılaşır, zədəli futbolçular qayıdırlar. Bizdə yaxşı ab-hava var, yaxşı məşq edirik – şadam ki, bugünkü qələbəmizi davam etdirə bildik. Ümidvaram ki, beynəlxalq fasilədən sonra hamı formada qayıdacaq”, deyə Tomas Tuxel bildirib.

“Bayern” 26 oyundan 60 xalla Bundesliqanın yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 25 oyundan 67 xal toplamış Leverkuzen “Bayer”i Bundesliqanın vahid lideridir.