Tomas Tuxel “Bayern”in ünvanına tənqidləri başa düşmür

“Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel komandasının tənqid edilməsinin səbəblərini anlamadığını bildirib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu mövsümün ilk yarısı “Bayern” üçün son bir neçə ilin ən yaxşılarından biridir. Mən başa düşmürəm ki, insanlar niyə bundan məmnun deyillər. Hər oyunda 4:0 hesabı ilə qalib gələcəyimizi gözləmirəm. “Bayer”in çempion olmasını istəyən bir çox “bitərəf” azarkeşlərə qarşı oynayırıq. Amma biz özümüz və qənimət üçün oynayırıq”, deyə Tomas Tuxel bildirib.

Xatırladaq ki, sabah, fevralın 10-da Bundesiqaının 21-ci turunun mərkəzi oyununda Leverkuzen “Bayer”i “Bay Arena”da “Bayern”i qəbul edəcək. Oyun Bakı vaxtı ilə 21:30-da başlayacaq.

Hazırda “Bayer” Bundesliqanın turnir cədvəlində 52 xalla lider, “Bayern” isə 50 xalla təqibçidir.