Tomas Tuxel: “Bu məğlubiyyət layiq olduğumuz nəticədir”

“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya Bundesliqasının 18-ci turunda “Verder”lə ev oyununda gözlənilməz məğlubiyyəti (0:1) şərh edib.

Arena.az DAZN portalına istinadən, alman mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Daha yaxşı məşq etdiyimizi demək istəmirəm, çünki artıq heç kim bizə inanmır. Biz futbolçulardan soruşmalıyıq. Bu gün qeyri-sabit oynadıq. Bu, layiqli məğlubiyyət idi”, deyə Tomas Tuxel bildirib.

Xatırladaq ki, bu oyunda yeganə qolu 59-cu dəqiqədə Mitçell-Eli Vayzer vurub.

Məğlubiyyət Almaniya nəhənginə baha başa gəlib. İndi “Bayern” Bundesliqanın lideri Leverkuzen “Bayer”indən 7 xal geri qalır. “Bayern” 17 oyundan 41 xalla 2-ci, “Bayer” isə 18 oyundan 48 xalla 1-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: