Tomas Tuxel Bundesliqanın qaydalarını tənqid etdi

“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya Bundesliqasının 21-ci turunda “Bayer”ə 0:3 hesablı məğlubiyyəti şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssis “əczaçılar”ın heyətində icarə əsasında çıxış edən “Bayern”in futbolçusu Yosip Stanişiç haqda da danışıb.

Xatırladaq ki, məhz Stanişiç sözügedən oyunda “Bayern”in qapısına ilk qolun müəllifi olub.

“İngiltərədə yaxşı bir qayda var ki, bir oyunçunu icarəyə götürəndə o, sənə qarşı oynaya bilməz. Bu, mənə məna verir. Bu qayda, təəssüf ki, Almaniyada yoxdur. İndi biz bunun qurbanına çevrilmişik. Stanisiçi təbrik etdim, çünki o, hazırda “Bayer”in oyunçusudur.

Hər şey bizdən asılıdır. Biz ümidimizi kəsmək fikrində deyilik. Son oyuna qədər hər şeyi etməyə çalışacağıq. İndi “Bayer” fərqi artırmaq imkanından istifadə etdi. Bizim edə biləcəyimiz yeganə məqam qarşılıq göstərmək və davam etməkdir. Bu, bizim planımızdır”, deyə Tomas Tuxel bildirib.

“Bayern” üzərində inamlı qələbəsindən sonra “Bayer” Almaniya Bundesliqasının turnir cədvəlində liderliyini möhkəmləndirib. Xabi Alonsonun yetirmələri 55 xalla turnir cədvəlinə başçılıq edirlər. “Bayern” isə 50 xalla 2-ci pillədə qərarlaşıb.