Alman mütəxəssis Tomas Tuxel İngiltərə yığmasının baş məşqçisi olaraq, “üç sir”in sükanı arxasında yaxın planları haqqında söhbət açıb.
Arena.az xatırladır ki, Tuxel 2025-ci ilin yanvvar ayının 1-dən İngiltərə yığmasının sükanı arxasında rəsmən fəaliyyətinə başlayacaq:
“Planlarım? Oyunları canlı izləmək və sonra oyunçularla əlaqə saxlamaq və məkanı, ab-havanı hiss etmək və orada işləyən və eyni məqsəd uğrunda şövqlə çalışan bütün insanlarla tanış olmaq üçün Müqəddəs Georgi Parkına baş çəkmək.
Buna görə də, yanvar ayında işə başlamaq üçün çox həyəcanlıyam.
Mən Müqəddəs Georgi Parkına nə qədər müntəzəm səfər etməyi planlaşdırıram? Oh, çox müntəzəm surətdə. Demək istəyirəm ki, bura bizim evimizdir, bura bizim düşərgəmizdir. Mən orada olacağam. Əks halda birlikdə keçirməli olacağımız 18-20 ay ərzində gərəkli ab-havanı yarada bilməyəcəyik. Beləliklə, bu, mənim üçün olduqca adi bir ev olacaq. Mən həm də şadam ki, bizim əla infrastrukturumuz var və biz ondan istifadə edəcəyik”, – Tuxel “talkSPORT” radiosuna müsahibəsində bildirib.
Həmçinin alman mütəxəssis rəhbərliyi altında çalışcaq İngiltərə yığmasının hansı üslubda futbol sərgiləyəcəyi haqda sualı cavablayıb:
“Ümidvaram ki, bu, macəra olacaq. Ümid edirəm ki, hücum futbolu oynayacağıq və futbolçular açılışacaqlar”, deyə Tomas Tuxel vurğulayıb.
Beləliklə, cari ilin sonunda irland mütəxəssis, “üç şir”in müvəqqəti çalışdırıcısı Li Karsli vəzifəsini Tomas Tuxelə təhvil verəcək. Alman mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Tomas Tuxelin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.