Alman mütəxəssis Tomas Tuxel İngiltərə yığma komandasına baş məşqçi təyin edilməsinə münasibətini açıqlayıb.
Arena.az İngiltərə Futbol Assosiasiyasının (The FA) rəsmi saytına istinadən alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“İngiltərə komandasına rəhbərlik etmək şərəfinə nail olmaqdan çox qürur duyuram. Bu ölkədəki oyunla şəxsi əlaqəmi çoxdan hiss etmişəm və artıq bu, mənə inanılmaz anlar yaşatdı. İngiltərəni təmsil etmək fürsətimin olması böyük bir imtiyazdır və bu xüsusi və istedadlı oyunçular dəstəsi ilə işləmək imkanı çox həyəcanvericidir.
Köməkçi məşqçim kimi Entoni ilə sıx əməkdaşlıq edərək, İngiltərə yığmasının uğur qazanması və azarkeşlərin fəxr etməsi üçün əlimizdən gələni edəcəyik. Mən İngiltərə Futbol Assosiasiyasın etimadına görə təşəkkür etmək istəyirəm. Birlikdə səyahətimizə başlamağı səbirsizliklə gözləyirəm”, deyə Tomas Tuxel bildirib.
Xatırladaq ki, alman mütəxəssis “üç şir”in sükanı arxasında fəaliyyətinə 2025-ci ildən başlayacaq. 51 yaşlı mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Tomas Tuxeliin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.
Xatırladaq ki, hazırda İngiltərə yığmasının sükanı irland mütəxəssis Li Karslinin əlindədir. Karsli müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edir.


