“Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel Dortmund “Borussiya”sı ilə oyunun nəticəsinə yekun vurub.
Arena.az bu barədə “Bayern & Germany” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, Almaniya Bundesliqasının 10-cu turu çərçivəsində münhenlilər dortmundluları 4:0 hesabı darmadağın ediblər.
“İnkişaf olmamasına rəğmən, niyə bu gün qalib gəldik? Lotar Matteus dəqiq bilir. O bilmirsə, onda Ditmar Hamann – lap yəqin bilir. Komandamdan çox razıyam, hər şey əla idi.
Yüksək səviyyəli oyun oldu, əla oyun nümayiş etdirdik. Komandam üçün şadam. Çoxlu imkanlar yaratdıq və qələbəni haqq etdik.
Bu gün 4:0 hesabı ilə qalib gəldik və indi jurnalistlər “ayaqqabılarını tamamilə dəyişməlidirlər”. Əylənin. İndi öz işinizi görə bilərsiniz, amma mənsiz!”, deyə Tomas Tuxel daim tənqidləri ilə üzləşdiyi jurnalistlərin ağzını yumub.
Qələbə sayəsində “Bayern” Bundesliqanın turnir cədvəlində 26 xalla 2-ci yerini qoruyub və çempionatın lideri olan Xabi Alonsonun “Bayer”ini təqib etməyə davam edir. Leverkuzenlilərin 28 xalı var. Dortmund “Borussiya”sı isə 21 xalla 4-cü pillədə qərarlaşıb.


