“Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappe haqda danışıb.
Arena.az “Canal+”a istinadən alman mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mbappeni “Bayern”ə transfer etmək istərdimmi? Bəli, bəli, o bizim üçün oynayacaq, bu aydındır. Kilian Kiliandır, o, qeyri-adidir. O, çox ağıllıdır və yaxşı münasibətimiz var. Əgər o, gəlmək istəsə, mən onu velosipeddə gətirməyə hazıram”, deyə Tomas Tuxel bildirib.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 15 oyuna çıxıb, 15 qol vurub, 1 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 73 oyun keçirib, 43 qol vurub, 26 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


