Tomas Tuxel “Ştutqart” üzərindəki qələbəni şərh etdi

“Bayern”in baş məşqçisi Tomas Tuxel münhenlilərin Almaniya Bundesliqasında “Ştutqart” üzərində qələbəsini şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyundan çox razıyam. Oyunun əvvəlində bir az süst olsaq da, sonradan dəqiqəbədəqiqə artırdıq. Qazandığımız hər təkbətək mübarizə ilə bizim topla oyunda inamımız artdı. Qələbə tamamilə layiqlidir”, deyə Tomas Tuxel bildirib.

Xatırladaq ki, dekabrın 17-də Almaniya Bundesliqasının 15-ci turu çərçivəsində “Bayern” “Ştutqart”ı qəbul edib və 3:0 hesablı inamlı qələbə qazanıb.

Qələbə sayəsində “Bayern” xalını 35-ə çatdırıb və hazırda 14 oyundan sonra 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Bayern”in ehtiyatda 1 təxirə salınmış oyuna var. Bundesliqaya 15 oyundan topladığı 39 xalla “Bayer” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: