Futbolçu karyerasını başa vurmuş alman keçmiş futbolçu Toni Kroos 2025-ci il FIFA Klub Dünya Kuboku ilə bağlı tənqidi çıxış edib.
Arena.az “Sky Sport Germany” dərgisinin “Einfach mal Luppen” dərgisinə istinadı əsasında məlumat verir ki, Kroos yarışın yeni tərtibatını və təşkilati əsasını tənqid edib:
“Bəzi insanlar asqırıb-ayılmalı, oyunçular haqqında daha çox, pul haqqında isə daha az düşünməlidirlər. Belə yarışların keçirilməsi sadəcə olaraq məsuliyyətsizlikdir. Bu, bərbad bir klublararası dünya çempionatı olacaq. Hansısa məqamda oyunçular sınacaqlar”, deyə Toni Kroos həyəcan təbili çalıb.
Xatırladaq ki, yarışın yeni tərtibatı üzrə iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksəldilib. Yarışda Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcəklər. Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.
Vurğulayaq ki, futbol dünyasının nüfuzlu və aparıcı simalarının böyük əksəriyyəti, həmçinin oyunçular müvafiq tərtibatda klublararası dünya çempionatının ifrat sıx təqvim soxasoxunda keçirilməsini uca səslə tənqid etsələr də, FIFA-nın məsələyə baxışı göz qabağındadır.