Toni Kroos karantinə alındı

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Toni Kroos karantinə alınıb.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Almaniya yığmasının da üzvü olan 31 yaşlı futbolçu koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınıb.

Kroosun koronavirus testlərinin nəticəsi neqativ olub. Buna baxmayaraq, o, bir müddət karantində qalacaq.

Toni Kroos bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 42 oyunda 3 qola imza atıb.