“Real”ın və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Toni Kroos Madriddə yeni futbol klubu açmağı planlaşdırır.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klub futbolçunun – Toni Kroosun adını daşıyacaq. Klubun uşaqlar üçün nəzərdə tutulacağı bildirilir.
Toni Kroos bu məqsədlə son bir neçə həftə ərzində Kral Madrid Futbol Federasiyası və “Ensinas de Boadilya” idman klubunun rəsmiləri ilə danışıqlar aparıb.
Xatırladaq ki, Kroosun peşəkar futbolçu karyerasında son oyunu 2024-cü ildə Almaniyada keçirilmiş Avropa çempionatına təsadüf edib. Yarışın 1/4 finalında Almaniya yığması İspaniya yığması ilə qarşılaşıb, “bundestim” əvavə vaxtda 1:2 hesabı ilə məğlub olub (əsas vaxt 1:1).