Topuriya: “Messi var ikən, Ronaldo cəhənnəmə olsun”

66 kq çəki dərəcəsində UFC çempionu adının hazırkı sahibi gürcü-ispan döyüşçü İliya Topuriya qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, Topuriya “COPE” dərgisinə müsahibəsində, argentinalı ulduz hücumçu Lionel Messinin pərəstişkarı olduğunu gizlətməyib.

O, portuqal ulduz hücumçu Kristiano Ronaldoya münasibətdə isə yumşaq desək, hörmətsizlik göstərib:

“Mən növbəti döyüşümün Mayamidə keçirilməsini istərdim. Orada yaşadığı üçün şəxsən dəvət edəcəyim şəxs isə Lionel Messidir. Messi var olduqca… Kristiano Ronaldo cəhənnəmə olsun”, deyə ünlü döyüşçü bildirib.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş UFC 308 yarışının sonuncu döyüşündə Topuriya amerikan döyüşçü Maks Holloueyi 3-ü raundda nokauta göndərməklə, özünün çempion adını ilk dəfə müdafiə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: