İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, London təmsilçisi “Midlsbro”nun müdafiəçisi Djed Spensi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərədən olan 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatı bu transferin London təmsilçisinə 12.5 milyon funt-sterlinqə başa gəldiyini açıqlayıb. Amma bonuslarla bu məbləğin 20 milyona yüksəlməsi də mümkündür.
“Fulhem”in yetirməsi olan Djed Spens, 2018-ci ildən “Midlsbro”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 70 oyunda 2 qol vurub. Sağ cinah müdafiəçisi geridə qalan mövsümü icarə əsasında “Nottingem Forest”də keçirib. O, bu komandada 46 matça çıxıb, 3 qola imza atıb.
“Tottenhem” daha öncə Riçarlison, İv Bissuma, İvan Perişic, Freyzer Forster və Kleman Lanqleni də transfer etmişdi.