“Tottenhem” cənubikoreyalı sağ vinger Yan Min Hökü “Kanvon”dan tamhüquqlu keçid əsasında öz düşərgəsinə qatıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
“Mahmızlarlar” keçidin hansı məbləğə başa gəlidiyini açıqlamayıblar. Gənc futbolçunun satın alınması haqda isə “Tottenhem” müvafiq bəyanat verib:
“İş icazəsi və beynəlxalq icazə şərti ilə Yan Min Hökün “Kanvon” futbol klubundan klubumuza qoşulması üçün razılığa gəldiyimizi elan etməkdən məmnunuq. Aprel ayında 18 yaşı tamam olmuş Yan müddəti 2030-cu ilə qədər davam edəcək müqavilə bağlayıb və 2025-ci ilin yanvarında bizə qoşulacaq”, – “mahmızlar”ın bəyanatında deyilir.
Yeniyetməlik illəri Cənubi Koreyanın müxtəlif klublarında keçmiş Yan Min Hök böyük futbolda əsasən bir futbolçu kimi yetişdiyi “Kanvon”la 2024-cü ilin yanvarında debüt edib.
Yan Min Hök “Kanvon”un heyətində ümumilikdə 25 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.
Yan Min Hök Cənubi Koreyanın yeniyetmələrdən ibarət U-16 və U-17 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb. Buna rəğmən, Yan Min Hök ölkəsinin perspektivli futbolçularından hesab edilir.
Gənc cənubikoreyalı futbolçunun qənimətlər muzeyi hələ boşdur, Yan Min Hök böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 18 yaşlı vingerinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.