“Tottenhem” yeni qapıçı ilə gücləndi

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, London təmsilçisi İtaliyanın “Atalanta” klubunun qapıçısı Pyerluici Qollinini transfer edib.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Tottenhem” 26 yaşlı qapıçını satınalma hüququ ilə birlikdə 1 illik icarəyə götürüb.

İngiltərə klubu 2022-ci ilin yayında “Atalanta”ya 15 milyon avro ödəyərək, Qollininin transfer hüquqlarına da sahib ola bilər.

Qollini peşəkar karyerasına “Verona”da başlayıb. 2016-2018-ci illər aralığında İngiltərənin “Aston Villa” klubunda oynamış italyan futbolçu, “Atalanta”ya da məhz bu komandadan keçib. O, İtaliya millisində 1 oyuna çıxıb.