İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Tottenhem”dən ayrılan Denni Rouzu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasına azad agent kimi keçib.
Denni Rouz 2007-ci ildən “Tottenhem”də çıxış edirdi. Amma sol cinah müdafiəçisi bu müddət ərzində bir neçə fərqli komandada icarədə də oynayıb. 2009-cu ildə onu “Tottenhem”dən icarəyə götürən ilk klub məhz “Uotford” olub. Bir sözlə, Denni onun üçün tanış olan kluba qayıdıb. O, “Bristol Siti”, “Sanderlend” və “Nyukasl”da da icarədə olub. “Lids”in yetirməsi olan futbolçu İngiltərə yığmasında 29 oyun keçirib.