Totti Dibalanın cari mövsümdəki oyununu şərh etdi

“Roma”nın sabiq hücumçusu, əfsanəvi Françesko Totti klubun argentinalı hücumçusu Paolo Dibalanın oyunu haqda danışıb.

Arena.az Tottinin bu barədə fikirlərini təqdim edir:

“Biz yüksək səviyyəli oyunçudan danışırıq, amma gələcəyə gəlincə, klubun nə istədiyini və növbəti mövsüm üçün hansı hədəflər qoyduğunu başa düşməliyik. Məşqçi olsaydım, ildə 15 oyun keçirən futbolçu ilə nə edəcəyimi yaxşıca düşünərdim. Vacib bir məqsədim varsa və oyunların üçdə birində meydana çıxan ən vacib oyunçulardan biri varsa, onunla nə edəcəyimi diqqətlə düşünməliyəm”, deyə Totti vurğulayıb.

Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlayan Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb.

Cari mövsümdə Dibala “canavarlar”ın heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.

Paulo Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 38 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı argentinalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.