Tovuz şəhər stadionu FIFA-nın sertifikatına layiq görüldü

Tovuz şəhər stadionunda quraşdırılmış süni örtük FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

Arena.az xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Xatırladaq ki, Premyer Liqada çıxış edən Tovuzun təmsilçisi hələ avrokuboklarda iştirak hüququ qazanmayıb.