Tovuzda stadion qarla örtüldü, matç təxirə salındı

Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub.

Arena.az xəbər verir ki, aparılan son araşdırmalardan sonra “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah saat 15:00-da Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub.