“Trabzonspor” qələbəni bir qolla təmin etdi

Futbol üzrə Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Göztəpə” – “Yeni Malatyaspor” matçında qalib müəyyənləşməyib.

Turun son matçında “Trabzonspor” ilə “Dənizlispor” üz-üzə gəlib. Trabzon təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib.

Türkiyə Super Liqası
23-cü tur
2 fevral

Hatayspor – Fənərbaxça 1:2
Qol: Bupendza, 90 – Tiam, 26. Bilonq, 88-öz qapısına.

Qalatasaray – Başakşəhər 3:0
Qol: Onyekuru, 45. Donk, 64. Mustafa, 90+2-pen.

Rizəspor – Kasımpaşa 1:1
Qol: D.Erdoğan, 85 – Telin, 90+1.

3 fevral

Sivasspor – Ərzurumspor 0:0

Fatih Karagümrük – Qaziantep 2:0
Qol: Ndao, 58. Borini, 64.

Kayserispor – Alanyaspor 1:1
Qol: Maqliça, 54 – Tsavellas, 79.

Antalyaspor – Beşiktaş 1:1
Qol: Bayrakdar, 39 – Vida, 73.

Konyaspor – Gənclərbirliyi 0:0

4 fevral

Göztəpə – Yeni Malatyaspor 2:2
Qol: Ndiaye, 13; 73 – Mallan, 39. A.İldiz, 81.

Trabzonspor – Dənizlispor 1:0
Qol: Bakasetas, 61.