“Trabzonspor”dan ardıcıl 7-ci qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 26-cı tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında ardıcıl 6 oyundur qələbə qazanan “Trabzonspor” son çempion “Başakşəhər”in qonağı olub. Trabzon təmsilçisi bu oyundan da minimal hesabla qalib ayrılıb.

Türkiyə Super Liqası
26-cı tur
19 fevral

Başakşəhər – Trabzonspor 0:1
Qol: Y.Sarı, 79.

20 fevral

14:30 Kasımpaşa – Fatih Karagümrük
17:00 Dənizlispor – Gənclərbirliyi
17:00 Yeni Malatyaspor – Konyaspor
20:00 Alanyaspor – Qalatasaray

21 fevral

14:30 Ərzurumspor – Hatayspor
17:00 Qaziantep – Antalyaspor
17:00 Sivasspor – Kayserispor
20:00 Fənərbaxça – Göztəpə

22 fevral

20:00 Ankaragücü – Rizəspor