Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin növbəti qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.
“Trabzonspor” doğma meydanda qarşılaşdığı “Başakşəhər”i minimal hesabla məğlub edib.
“Beşiktaş” isə “Konyaspor”la ev oyununda inamlı qələbə qazanmaqla yarımfinala yüksəlib.
Xatırladaq ki, daha öncə “Ankaragücü” “Fənərbaxça” üzərindəki darmadağınla ilk yarımfinalçıya çevrilmişdi.
Türkiyə Kubokunda 1/4 final mərhələsinə sabah yekun vurulacaq. Sonuncu yarımfinalçının adına “Qalatasaray” – “Fatih Karagümrük” matçında aydınlıq gələcək.
Türkiyə Kuboku
1/4 final
27 fevral
Ankaragücü – Fənərbaxça 3:0
Qollar: Morutan, 10. Xatsiyovanis, 33. Q.Rodriqes, 87.
28 fevral
Trabzonspor – Başakşəhər 1:0
Qol: Vişça, 57.
Beşiktaş – Konyaspor 2:0
Qollar: S.Uçan, 32. C.Tosun, 58.
29 fevral
21:45. Qalatasaray – Fatih Karagümrük