Futbol üzrə İran çempionatında 23-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Aluminium Arak”la qarşılaşıb. “Traktorçular” bu oyundan xalsız ayrılıblar – 0:1. Komanda artıq 13 oyundur qələbəyə həsrətdir.
Qeyd edək ki, Cənubi Azərbaycan klubu bir müddət öncə baş məşqçi postuna türkiyəli Ərtoğrul Sağlamı gətirib. Lakin görünür yeni baş məşqçi təyinatı da hələ bu komandanı özünə gətirmək üçün yetərli olmayıb.
“Traktor” 23 turdan sonra 17 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


