“Traktor” 13 oyunluq qələbə həsrətinə qoydu

Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Mes Rafsanjan”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 1:0. Bu, təbrizlilərin çox uzun fasilədən sonrakı ilk qələbəsidir. Belə ki, komanda bundan əvvəlki 13 oyunda qələbəyə həsrət idi.

“Traktor” 24 turdan sonra 20 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.