Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 2-ci tur çərçivəsində “Persepolis”lə qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu matçdan heç-heçə ilə ayrılıblar – 1:1. 60-cı dəqiqədə Şoca Xəlilzadə hesabı açsa da, təbrizlilər bu üstünlüyü 89-cu dəqiqədə buraxdıqları qolla əldən veriblər.
Bu mövsüm ilk xal itkisi ilə üzləşmiş “Traktor” hazırda 4 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar.
Cənubi Azərbaycan təmsilçisi çempionatdakı növbəti matçını avqustun 29-da səfərdə “Havadar”a qarşı keçirəcək.