“Traktor” ardıcıl ikinci ev oyununda da məğlub oldu

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 23-cü tur çərçivəsində “Mes Rafsanjan”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” meydandan məğlubiyyətlə ayrılıblar. Hadi Məhəmmədinin 19-cu dəqiqədə öz qapısına vurduğu qol matçın yekun nəticəsini müəyyənləşdirib – 0:1.

23 turdan sonra 36 xala malik “Traktor” 16 iştirakçı arasında 6-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını martın 30-da səfərdə “Naft MIS” komandasına qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: