Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 6-cı tur çərçivəsində “Sanat Naft”la qarşılaşıb.
Məşhur Qurban Berdıyevin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” ötən tur olduğu kimi, bu oyunda da qələbə sevinci yaşayıblar. Qarşılaşma 1:0 hesabıyla təbrizlilərin xeyrinə yekunlaşıb. Qələbə qolu isə 90+4-cü dəqiqədə vurulub.
Altı turdan sonra 8 xala malik “Traktor” 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını gələn həftə səfərdə “Persepolis”ə qarşı keçirəcək.