“Traktor” ardıcıl üçüncü qələbəsini qazandı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 7-ci tur çərçivəsində “Persepolis”lə qarşılaşıb.

Məşhur Qurban Berdıyevin çalışdırdığı komanda bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” son iki turda olduğu kimi, bu oyunda da qələbə sevinci yaşayıblar. Qarşılaşma 1:0 hesabıyla təbrizlilərin xeyrinə yekunlaşıb. Qələbə qolu isə 75-ci dəqiqədə vurulub.

7 turdan sonra 11 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını oktyabrın 7-də səfərdə “Mes Rafsanjan”a qarşı keçirəcək.