“Traktor” bu mövsüm 5-ci qələbəsinə imza atdı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 9-cu tur çərçivəsində “Aluminium Arak”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” meydandan inamlı qələbə ilə ayrılıblar – 2:0. Təbrizlilər 1-ci dəqiqədə hesabı açdıqları bu oyunun 11-ci dəqiqəsində də yekun nəticəni müəyyənləşdirən qolu vurublar. Meydan sahiblərini Tomislav Ştrkal və Mahdi Haşemnecad sevindirib.

“Traktor” hazırda 8 oyuna topladığı 16 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Təbriz klubu çempionatdakı növbəti matçını oktyabrın 31-də səfərdə “İstiqlal”a qarşı keçirəcək.