“Traktor” çətin qələbə ilə liderliyini qorudu

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 11-ci tur çərçivəsində “Xadormalu” ilə qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” meydandan qələbə ilə ayrılıblar – 1:0. Təbrizlilər 84-cü dəqiqədə Mahdi Haşemnecadın vurduğu qol sayəsində vacib 3 xala sahib çıxıblar.

“Traktor” hazırda 10 oyuna topladığı 22 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Təbriz klubu çempionatdakı növbəti matçını dekabrın 9-da səfərdə “Gol Gohar” komandasına qarşı keçirəcək.