Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 29-cu tur çərçivəsində “Nassaji Mazandaran” komandası ilə qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğmma meydanda qarşılaşıb. “Traktorçular” meydandan qələbə ilə ayrılıblar – 1:0. Təbrizlilərin yeganə qolunu 90-cı dəqiqədə Məhəmməd Qənbəri vurub.
29 turdan sonra 52 xala malik “Traktor” 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti və mövsümdəki sonuncu matçını mayın 18-də səfərdə üçüncü pillədə qərarlaşmış “İstiqlal” komandasına qarşı keçirəcək. Bu oyunun nəticəsi bu iki komandadan heç birinin mövqeyinə təsir göstərməyəcək. Belə ki, istənilən halda “İstiqlal” mövsümü bürünc medalla, “traktorçular” isə dördüncü pillədə başa vuracaqlar.