Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 3-cü tur çərçivəsində “Havadar”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” meydandan qələbə ilə ayrılıblar – 4:0. 30-cu dəqiqədə Mahdi Haşemnecad hesabı açıb. Fasilədən sonra Tomislav Ştrkal (59) hesabdakı üstünlüyü daha da möhkəmləndirib. 75 və 85-ci dəqiqələrdə fərqlənən Əmirhüseyn Hüseynzadə dublu sayəsində hesabı 4:0 edib.
Mövsümə inamlı başlamış “Traktor” hazırda 3 oyuna topladığı 7 xalla 16 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb.