“Traktor” inamlı qələbəyə sevindi

Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Maşinsazi” doğma meydanda lider “Persepolis”lə qarşılaşıb. Təbriz klubu bu oyunda darmadağına üzülüb – 0:5.

Təbrizin daha məşhur təmsilçisi “Traktor” isə səfərdə “Aluminium Arak”la üz-üzə gəlib. “Traktorçular” turu qələbə ilə başa vurublar – 3:1.

Hazırda 42 xalı olan “Traktor” 16 kollektiv arasında 4-cü, 14 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.