“Traktor” qələbəni 90+7-ci dəqiqədə əldən verdi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 9-cu tur çərçivəsində “Persepolis”lə qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdə xal itkisi ilə üzləşiblər – 1:1. Əmirhüseyn Hüseynzadə 88-ci dəqiqədə komandasını hesabda önə keçirsə də, komandası 90+7-ci dəqiqədə buraxdığı qolla qələbəni əldən verib.

Beləliklə, “Traktor” cari mövsümdə qazandığı 13 xalla 16 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 8 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Xeybar Xorramada”la qarşılaşacaq. Bu oyun noyabrın 8-də doğma meydanda baş tutacaq. Bundan öncə isə “traktorçular”ı Asiya Çempionlar Liqasının əsas mərhələsində İraqın “Əl-Şorta” komandası ilə ev oyunu gözləyir. Bu görüş isə noyabrın 3-də baş tutacaq.

Xəbəri istədiklərinizlə paylaşın