“Traktor” səfərdə əzmkar qələbəyə sevindi

Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Saypa” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Cənubi Azərbaycanın digər təmsilçisi “Maşinsazi” klubu isə bu turda “Sanat Naft”la ev oyunundan qalib ayrılıb – 1:0.

15 turdan sonra 22 xalı olan “Traktor” 16 kollektiv arasında 8-ci, 8 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.