“Traktor” səfərdən 1 xalla döndü

Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Fajr Sepasi” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1.

“Traktor” 14 turdan sonra 12 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.