Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 21-ci tur çərçivəsində “Şəms Azər Qəzvin”lə qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” yekunda 2:0 hesablı qələbəyə seviniblər. Qonaqların heyətində 23-cü dəqiqədə Mehdi Hüsseyni, 90+5-ci dəqiqədə isə Rəhman Cəfəri fərqləniblər.
Bu mövsüm keçirdiyi 20 oyundan 12-də qalib gəlmiş “Traktor” 2 oyunda heç-heçə edib, 6 görüşdə də məğlubiyyətə üzülüb. Ehtiyatda təxirə salınmış bir oyunu da olan təbrizlilər hazırda 38 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıblar.