“Traktor” üç qələbədən sonra məğlubiyyətlə üzləşdi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 8-ci tur çərçivəsində “Mes Rafsanjan”la qarşılaşıb.

Məşhur Qurban Berdıyevin çalışdırdığı komanda bu rəqiblə səfərdə qarşılaşıb. Əvvəlki üç turda qələbə qazanmış “traktorçular” bu dəfə məğlubiyyətlə üzləşiblər. Qarşılaşma 1:0 hesabıyla meydan sahiblərinin xeyrinə yekunlaşıb.

8 turdan sonra 11 xala malik “Traktor” 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını oktyabrın 14-də səfərdə “Naft MİS” komandasına qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: