Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 5-ci tur çərçivəsində “Aluminium Arak”la qarşılaşıb.
Məşhur Qurban Berdıyevin çalışdırdığı komanda bu rəqiblə səfərdə qarşılaşıb. İlk dörd turda cəmi 2 xal qazanmış “traktorçular” bu dəfə nəhayət qələbə sevinci yaşayıblar. Qarşılaşma 2:0 hesabıyla təbrizlilərin xeyrinə yekunlaşıb. 2-ci dəqiqədə hesabı açan qonaq komanda 90+3-cü dəqiqədə də yekun nəticəni müəyyənləşdirib.
Beş turdan sonra 5 xala malik “Traktor” 16 iştirakçı arasında 9-cudur. Təbriz təmsilçisi növbəti matçını sentyabrın 10-da doğma meydanda “Sanat Naft”a qarşı keçirəcək.