“Traktor” yeni mövsümün ilk matçında məğlubiyyətə üzüldü

Futbol üzrə İran çempionatında 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da yeni mövsümdə ilk matçına çıxıb.

Təbriz klubu səfərdə “Gol Gohar” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç Cənubi Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:2.

Məşhur Qurban Berdıyevin çalışdırdığı “Traktor” növbəti matçını avqustun 19-da doğma meydanda “Zobahan”a qarşı keçirəcək.