Tramp klublararası DÇ-nin püşkatma iştirakçılarına müraciət etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2025-ci il FIFA Klub Dünya Kuboku püşkatma mərasimi iştirakçılarına videomüraciət ünvanlayıb.

Arena.az Trampın müraciətini təqdim edir:

“Mənim oğlum böyük sokker azarkeşidir. Bütün iştirakçıları təbrik edir və sizə ABŞ-da xoş istirahətlər arzulayıram. Hamınıza təşəkkür edirəm və həzz alın”, – Trampın ismarışında deyilir.

Vurğulayaq ki, futbol olaraq bildiyimiz oyun ABŞ-da sokker – klassik futbol olaraq tanınır.

Xatırladaq ki, püşkatma mərasimi çərçivəsində 32 komanda hər birində 4 komanda olmaqla 8 qrupa bölünüb və rəqiblər müəyyənləşib.

2025-ci il FIFA Klub Dünya Kuboku 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Yeni tərtibat əsasında keçiriləcək klublararası dünya çempionatı 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək ABŞ üçün, mundial ərəfəsində bir növ sınaq xüsusiyyəti daşıyacaq.