“Transfermarkt” internet-portalı aralıq yeniləmənin nəticələrinə əsasən dünyanın ən bahalı qapıçılarının siyahısını təqdim edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində transfer dəyəri 45 milyon avro məbləğində qiymətləndirilən, “Portu”nun portuqal qapıçısı Dioqo Kosta yer alıb.
Növbəti yerlərdə isə çoxtirəlilik müşahidə edilir.
Dünyanın ən bahalı qapıçılarından ibarət onluğu təqdim edirik:
- Dioqo Kosta (“Portu”, 45 milyon avro);
- Canluici Donnarumma (PSJ, 40 milyon avro);
- Qreqor Kobel (Dortmund “Borussiya”sı, 40 milyon avro);
- Andre Onana (“Mançester Yunayted”, 40 milyon avro);
- Mayk Menyan (“Milan”, 40 milyon avro);
- Ederson Moraes (“Mançester Siti”, 40 milyon avro);
- Georgi Mamardaşvili (“Valensiya”, 35 milyon avro);
- Qulyelmo Vikario (“Tottenhem”, 35 milyon avro);
- David Rayya (“Arsenal”, 35 milyon avro);
- Alisson Bekker (“Liverpul”, 35 milyon avro).