Avropa futbol arenasında “trebl”ə imza atmış komandaların sıralaması açıqlanıb.
Arena.az xəbər verir ki, cədvəl ESPN tərəfindən tərtib edilib.
İndiyə qədər ümumilikdə 7 klub bir mövsümdə ölkə çempionluğu və kuboku, eləcə də Çempionlar Liqası və ya Çempionlar Kubokunu qazanaraq “trebl”ə imza atıb.
“Barselona” və “Bavariya” hərəyə iki dəfə bu uğura nail olublar.
2015-ci ilin “Barselona”sı ESPN tərəfindən “trebl”ə imza atmış ən güclü kollektiv kimi seçilib.
Komandaların sıralamasını təqdim edirik:
- 2014/2015 mövsümündə “Barselona”;
- 2019/2020 mövsümündə “Bayern”;
- 2008/2009 mövsümündə “Barselona”;
- 1966/1967 mövsümündə “Seltik”;
- 1998/1999 mövsümündə “Mançester Yunayted”;
- 2012/2013 mövsümündə “Bayern”;
- 1971/1972 mövsümündə “Ayaks”
- 2009/2010 mövsümündə “İnter”;
- 1987/1988 mövsümündə PSV.
Şənbə günü, iyunun 10-da “üçlük” qazanan səkkizinci klub “Mançester Siti” ola bilər. Bunun üçün Xosep Qvardiolanın yetirmələri Çempionlar Liqasının finalında Milan “İnter”ni məğlub etməlidirlər.