Futbol üzrə Fransa kubokunda 2022/2023 mövsümünün final qarşılaşması keçirilib. Arena.az xəbər verir ki, turnirin həlledici görüşü “Tuluza” və “Nant” komandaları arasında baş tutub.
Parisdəki “Stad de France” stadionunda keçirilən oyun məhsuldar alınıb. “Tuluza” bu görüşdə 5:1 hesablı qələbəyə sevinib. Nəticədə bu komanda Fransa kubokunun qalibi olub.
Maraqlıdır ki, 1970-ci ildə qurulmuş “Tuluza” tarixində ilk dəfə titul qazanıb. Bu tarixi zəfər sayəsində sözügedən komanda gələn mövsüm Avropa Liqasında iştirak hüququ da əldə edib.
Finalda uduzan “Nant” isə daha öncə dörd dəfə Fransa kubokunun qalibi olmuşdu. Sözügedən kollektiv 6-cı dəfə finalda məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, Fransa kubokunda qələbələrin sayına görə rekordçu PSJ-dir. Paris təmsilçisi 14 dəfə bu turnirin qalibi olub. Marsel “Olimpik”i 10, “Sent-Etyen” və “Lill” 6, “Monako”, “Paris”, “Olimpik” (Lion) və “Red Star” isə 5 dəfə Fransa kubokunun qalibi adını qazanıb.
Fransa kuboku
Final
29 aprel
Nant – Tuluza 1:5
Qol: Lüdovik Blas, 75-pen – Loqan Kosta, 4; 10. Teys Dallinqa, 23; 31. Zəkəriyyə Abuxlal, 79.


