Turan Bayramov 5, Əliabbas Rzazadə 6 ay güləşməyəcək

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvləri Turan Bayramov və Əliabbas Rzazadə əməliyyat olunublar.

Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən əməliyyat olunub.

Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat keçirib.

Hər iki cərrahiyyə əməliyyatını “Liv Bona Dea” hospitalının baş həkimi Elxan Qasımov həyata keçirib.

Turan Bayramovun 5, Əliabbas Rzazadənin isə 6 aydan sonra millinin təlim-məşq proseslərində iştirakı gözlənilir.