“Turan Tovuz” 7 futbolçu ilə yeni müqavilə bağladı

“Turan Tovuz” ötən mövsüm komandanın uğurları üçün çalışan 7 futbolçu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalov daha 1 mövsüm bu komandanın şərəfini qoruyacaqlar.

“Turan Tovuz” bu yay Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, İmeda Aşortiya, Cavid Tağıyev, Piruzi Marakvelidze, Ayxan Hüseynov və Vüsal Məsimovu transfer edib. Tovuz klubu həmçinin “Sabah”dan Veysəl Rzayevlə Şakir Seyidovu, “Neftçi”dən isə Turan Vəlizadə və Xəyal Nəcəfovu icarəyə götürüb.